MVP logo
    Your browser: , Version
Thursday, 28.03.2024, 7:26 PM
Hello! Guest | Group Guest | RSS
Home | Microsoft Outlook 2010_funksiyalar - Forum | Profile  | Login
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 2
  • 1
  • 2
  • »
Forum moderator: Useful  
Forum » Forums » Excel Forum » Microsoft Outlook 2010_funksiyalar
Microsoft Outlook 2010_funksiyalar
Kamal571Date: Thursday, 15.03.2018, 11:57 AM | Message # 1
Həvəskar
Group: Checked
Messages: 135
Reputation: 0
Status: Offline
Hamınızı salamlayıram. Sualımsa Mic. Outlook 2010-un funksiyalarıyla bağlıdır:
Yuxarıda qeyd etdiyim proqramla  bir  elektron məktubu eyni zamanda bir neçə şəxsə göndərərkən  mümkündürmü ki, hər bir məktubu qəbul edən şəxs bu məktubun eyni zamanda  başqalarına da göndərildiyini görməsin və yaxud bilməsin?
Təşəkkürlər!
 
UsefulDate: Thursday, 15.03.2018, 1:20 PM | Message # 2
Expert
Group: Administrators
Messages: 183
Reputation: 0
Status: Offline
Quote Kamal571 ()
Hamınızı salamlayıram. Sualımsa Mic. Outlook 2010-un funksiyalarıyla bağlıdır:Yuxarıda qeyd etdiyim proqramla  bir  elektron məktubu eyni zamanda bir neçə şəxsə göndərərkən  mümkündürmü ki, hər bir məktubu qəbul edən şəxs bu məktubun eyni zamanda  başqalarına da göndərildiyini görməsin və yaxud bilməsin?
Təşəkkürlər!
Aleykum Salam,
Əlbəttə, "BCC"-yə əlavə edilməklə (yeni məktub pəncərəsindən Options/BCC)


Hədəfə doğru ən qısa yol hər zaman mövcuddur!
 
Kamal571Date: Sunday, 18.03.2018, 0:04 AM | Message # 3
Həvəskar
Group: Checked
Messages: 135
Reputation: 0
Status: Offline
Bəs bu zaman bütün göndərəcəyim adreslər  təkcə "bcc" xanasına yazılsa kifayətdir , yəni "to" xanasını boş saxlaya bilərəmmi?
Bir də məktub göndərərkən peşəkar sifətilə olan hansı funksiyaları aktiv etməyi məsləhət görərdiniz?
 
UsefulDate: Sunday, 18.03.2018, 0:12 AM | Message # 4
Expert
Group: Administrators
Messages: 183
Reputation: 0
Status: Offline
Quote Kamal571 ()
Bəs bu zaman bütün göndərəcəyim adreslər  təkcə "bcc" xanasına yazılsa kifayətdir , yəni "to" xanasını boş saxlaya bilərəmmi?Bir də məktub göndərərkən peşəkar sifətilə olan hansı funksiyaları aktiv etməyi məsləhət görərdiniz?

Beli "bcc"-teyin edirsinizse "to" hisse vacib deyil (optional olur).
Read request funksiyasi chox istifade olunur (qarshi terefin mektubu oxuyub oxumamasi haqda bildirishin alinmasi).
Flaglardan istifade etmek ve s


Hədəfə doğru ən qısa yol hər zaman mövcuddur!
 
Kamal571Date: Sunday, 18.03.2018, 0:40 AM | Message # 5
Həvəskar
Group: Checked
Messages: 135
Reputation: 0
Status: Offline
Diqqətimi "flag"lardan istifadə cəlb etdi.Buna görə də istərdim ki, bu barədə(Flag for me və flag for recipients funksiyalarının təyinatı nədir?) və bir də özüm haqqında olan əsas məlumatları(əlaqə vasitələrimi, o cümlədən sosial şəbəkələrdəki "account"larımın həmin şəbəkənin loqosu ilə birlikdə) susmaya görə həmişə məktubun altında necə yerləşdirməyin mümkün olduğunu bildirəsiniz.
 
UsefulDate: Sunday, 18.03.2018, 1:17 PM | Message # 6
Expert
Group: Administrators
Messages: 183
Reputation: 0
Status: Offline
Quote Kamal571 ()
Diqqətimi "flag"lardan istifadə cəlb etdi.Buna görə də istərdim ki, bu barədə(Flag for me və flag for recipients funksiyalarının təyinatı nədir?) və bir də özüm haqqında olan əsas məlumatları(əlaqə vasitələrimi, o cümlədən sosial şəbəkələrdəki "account"larımın həmin şəbəkənin loqosu ilə birlikdə) susmaya görə həmişə məktubun altında necə yerləşdirməyin mümkün olduğunu bildirəsiniz.

Bunlar mektublarinizi nezaretde saxlamaqchun lazim olan funksionalliqlardi.
Gonderilen mektublara imza hissenin elave edilmesi ise yeni mektub gonderen zaman pencerede gorsenen Message/Include/Signatures... den tertib ede bilersiniz.


Hədəfə doğru ən qısa yol hər zaman mövcuddur!
 
Kamal571Date: Sunday, 18.03.2018, 2:41 PM | Message # 7
Həvəskar
Group: Checked
Messages: 135
Reputation: 0
Status: Offline
Məni indi maraqlandıran konrket suallar aşağıdakılardır:  
1. "flag for recipients" başlığından göründüyü kimi məktubun göndərilən şəxsin nəzarətində saxlanılması üçün nəzərdə tutulubmu və bir də orada tarix və saatın qeyd edilməsi hansı əhəmiyyət kəsb edir?

2. Belə aydın olur ki, göndərəcəyim məktubda öz əlaqə vasitələrimi daimi(yəni hər dəfə əlavə etməyə ehtiyac olmasın) yerləşdirmək üçün "Signatures" funksiyasından istifadə etəmliyəm. Bəs bu funksiyadan istifadə edərkən sosial şəbəkələrin loqosunu yerləşdirmək olurmu?
3. Mesaj #4-də qeyd edirsiniz ki, optional olur. ''Optional'' olmağı burada ingiiliscədən mütləq olmayan mənasını verirmi?
 
UsefulDate: Sunday, 18.03.2018, 8:12 PM | Message # 8
Expert
Group: Administrators
Messages: 183
Reputation: 0
Status: Offline
Quote Kamal571 ()
Məni indi maraqlandıran konrket suallar aşağıdakılardır:  1. "flag for recipients" başlığından göründüyü kimi məktubun göndərilən şəxsin nəzarətində saxlanılması üçün nəzərdə tutulubmu və bir də orada tarix və saatın qeyd edilməsi hansı əhəmiyyət kəsb edir?
2. Belə aydın olur ki, göndərəcəyim məktubda öz əlaqə vasitələrimi daimi(yəni hər dəfə əlavə etməyə ehtiyac olmasın) yerləşdirmək üçün "Signatures" funksiyasından istifadə etəmliyəm. Bəs bu funksiyadan istifadə edərkən sosial şəbəkələrin loqosunu yerləşdirmək olurmu?
3. Mesaj #4-də qeyd edirsiniz ki, optional olur. ''Optional'' olmağı burada ingiiliscədən mütləq olmayan mənasını verirmi?

1. Orada gosterilen vaxt intervali ya da "Custom" xususi olaraq nezaret dovru seche bilersiniz
2. New Mail duymesi ile achilan pencerede Signature-ni bir defe daxil edirsiniz her defe bele etmeye ehtiyac qalmir. Istediyiniz link, logo, shekil ve s yerleshdirmek mumkundur.
3. Beli harada Optional yazisi gorseniz demek ki, o hissenin tamamlanmasi vacib deyil.


Hədəfə doğru ən qısa yol hər zaman mövcuddur!
 
Kamal571Date: Sunday, 18.03.2018, 9:01 PM | Message # 9
Həvəskar
Group: Checked
Messages: 135
Reputation: 0
Status: Offline
1. Orada göstərilən vaxt intervalı keçdikdən sonra artıq nəzarət başa çatmış olur. Bu nə dərəcədə doğrudur?
2. Mən sosial şəbəkələrimin sadəcə loqosunu yerləşdirmək yox, eyni zamanda onları əlaqələndirmək istəyirəm. Belə ki həmin “shortcut”a kliklədikdə hesablarıma keçid olunsun.Eynilə şirkətlərdə olduğu kimi. Bunu etmək üçün hansı alqoritmlə hərəkət etməliyəm?
Diqqətinizə görə minnətdaram!
 
UsefulDate: Sunday, 18.03.2018, 9:25 PM | Message # 10
Expert
Group: Administrators
Messages: 183
Reputation: 0
Status: Offline
Quote Kamal571 ()
1. Orada göstərilən vaxt intervalı keçdikdən sonra artıq nəzarət başa çatmış olur. Bu nə dərəcədə doğrudur?2. Mən sosial şəbəkələrimin sadəcə loqosunu yerləşdirmək yox, eyni zamanda onları əlaqələndirmək istəyirəm. Belə ki həmin “shortcut”a kliklədikdə hesablarıma keçid olunsun.Eynilə şirkətlərdə olduğu kimi. Bunu etmək üçün hansı alqoritmlə hərəkət etməliyəm?
Diqqətinizə görə minnətdaram!

1. Nezaret muddetini ozunuz teyin edirsiz
2. Hyperlink elave ede bilirsiz logo ve ya shekillere


Hədəfə doğru ən qısa yol hər zaman mövcuddur!
 
Kamal571Date: Sunday, 18.03.2018, 11:04 PM | Message # 11
Həvəskar
Group: Checked
Messages: 135
Reputation: 0
Status: Offline
Axı hyperlink əlavə etdiyim zaman həmin link müvafiqi sosial şəbəkənin loqosuna klikləndiyi zaman açılmağını necə təmin etmək olar?
 
UsefulDate: Monday, 19.03.2018, 0:36 AM | Message # 12
Expert
Group: Administrators
Messages: 183
Reputation: 0
Status: Offline
Quote Kamal571 ()
Axı hyperlink əlavə etdiyim zaman həmin link müvafiqi sosial şəbəkənin loqosuna klikləndiyi zaman açılmağını necə təmin etmək olar?

Uzerinde Ctrl tutub sol klik etmekle ve ya sadece ozunuze test olaraq gonderin ve yoxlayin


Hədəfə doğru ən qısa yol hər zaman mövcuddur!
 
Kamal571Date: Sunday, 01.04.2018, 5:15 PM | Message # 13
Həvəskar
Group: Checked
Messages: 135
Reputation: 0
Status: Offline
Salamlayıram bir daha hamınızı. 
Bu mövzu barəsində 2 yeni sualım var:
1. Flag for recipients/Flag to: Reply, Read və s. seçimlərini bir-birindən fərqi nədir?
Quote
2. New Mail duymesi ile achilan pencerede Signature-ni bir defe daxil edirsiniz her defe bele etmeye ehtiyac qalmir. Istediyiniz link, logo, shekil ve s yerleshdirmek mumkundur. 3*4-ə olan şəklimi yerləşdirib onun  sağ ortasından isə məlumatlarımı yerləşdirmək istəyirəm, ancaq nədənsə kursor yalnız şəklin sağ aşağı hissəsinə gəlir. Buna görə də kursoru istədiyim nöqtəyə gətirə bilmirəm. Bunu necə aradan qaldıra bilərəm?

 
UsefulDate: Sunday, 01.04.2018, 5:20 PM | Message # 14
Expert
Group: Administrators
Messages: 183
Reputation: 0
Status: Offline
Aleykum Salam,
Ferqi odur ki Flag-da email alanin pochtunda "xususi qeyd edilmish ishare" (bildirish isharesi) olur digerleri ise bildirishin gonderilmesile elaqedardir.


Hədəfə doğru ən qısa yol hər zaman mövcuddur!
 
Kamal571Date: Wednesday, 04.04.2018, 2:33 PM | Message # 15
Həvəskar
Group: Checked
Messages: 135
Reputation: 0
Status: Offline

Quote
Ferqi odur ki Flag-da email alanin pochtunda "xususi qeyd edilmish ishare" (bildirish isharesi) olur digerleri ise bildirishin gonderilmesile elaqedardir.
                                        Yəni qarşı tərəf bu məktubun oxunması barədə bildiriş tələb olunduğunu görür yoxsa Outlook özü məktubu oxuyan şəxsə bildiriş göndərməyə razılıq verib-vermədiyini açılan yeni pəncərə vasitəsilə soruşur?

Quote
Beli "bcc"-teyin edirsinizse "to" hisse vacib deyil (optional olur).
Mənə Azərişıq tərəfindən gmail.com domenli göndərilmiş məktuba cavab yazmaq üçün  "reply" funksiyasından istifadə etdim və avtomatik olaraq "to" xanasına məktubun mənə göndərildiyi gmail.com-da yaradılmış email daxil edildi. "bcc" xanasına isə "Azərişıq"ın saytında olan rəsmi mailini(azerishiq.az domenli) daxil etdim və indi göndərilmiş məktubu oxuyanlar haqqında mənə bir-bir oxunması və yaxud oxunmaması barədə bildiriş gəlir, ancaq həmin bildirişlərdən ayırd edə bilmirəm ki, "bcc" xanasına əlavə etdiyim mailə gedən məktubum oxunur yoxsa  "to" xanasına. Bunu ayırd etmək mümkündürmü?
 
Forum » Forums » Excel Forum » Microsoft Outlook 2010_funksiyalar
  • Page 1 of 2
  • 1
  • 2
  • »
Search:


MyExcelWorld © 2024
Site managed by uCoz