MVP logo
    Sizin Brauzer: , Versiya
Çərşənbə, 23.08.2017, 3:18 PM
Salam Qonaq | RSS
Ana səhifə | POS terminallar və onların çoxsaylı funksiyaları. - Forum | Qeydiyyat | Giriş
[ Yeni mövzular · Üzvlər · Forumun qaydaları · Axtar · RSS ]
Page 1 of 11
Forum moderator: Useful 
Forum » Forumlar » İqtisadi Forum » POS terminallar və onların çoxsaylı funksiyaları.
POS terminallar və onların çoxsaylı funksiyaları.
Kamal571Tarix: Bazar, 22.03.2015, 9:42 PM | Mesaj # 1
Həvəskar
Qrup: Checked
Mesajları: 101
Reputasiya: 0
Status: Offline
Alış-veriş mərkəzlərində və ya restoranlarda quraşdırılmış POS terminallarla ödəniş etdikdən sonra elə həmin POS terminalda olan hansısa funksiya vasitəsilə ödənişi müştərinin kart hesabına geri qaytarmaq mümkündür?
Qeyd: Mümkünsə hansı düymələrin sıxılmasını ardıcıl olaraq qeyd edin.
 
UsefulTarix: Bazar ertəsi, 23.03.2015, 2:29 PM | Mesaj # 2
Expert
Qrup: Administrators
Mesajları: 149
Reputasiya: 0
Status: Online
Linkdəki məlumata əsasən ödəniş məbləğinin yalnız tam formada qaytarılması mümkündür.

Hədəfə doğru ən qısa yol hər zaman mövcuddur!
 
Kamal571Tarix: Bazar ertəsi, 23.03.2015, 4:52 PM | Mesaj # 3
Həvəskar
Qrup: Checked
Mesajları: 101
Reputasiya: 0
Status: Offline
Təşəkkür edirəm! Çox faydalı oldu amma bir məsələ aydın olmadı: Əgər günün sonunda satıcı tərəfi unudub Z hesabatını çıxarmasa həmin gün həyata keçirilmiş bütün ödənişlər müştərilərin hesabına qaytarıla bilinər? Yoxsa bu məsələ ancaq ödənişləri qaytarılmış müştərilərə aiddir?

Mesajı redaktə edən Kamal571 - Bazar ertəsi, 23.03.2015, 5:01 PM
 
UsefulTarix: Cümə axşamı, 26.03.2015, 2:03 AM | Mesaj # 4
Expert
Qrup: Administrators
Mesajları: 149
Reputasiya: 0
Status: Online
Qaydalara görə hәr iş gününün sonunda nәzarәt-kassa apartından Z-hesabatı (maliyyә hesabatı) vә PLU-hesabatı (әmtәәnin sayı ilә satışının hesabatı), hәr tәqvim ayının 1-nә mal qalığı hesabatı vә aylıq Z-hesabatı verilir.

(yəni bu "Z" hesabatının çıxarışı məhz geri qaytarmanın baş verməsi ilə əlaqədar deyil)


Hədəfə doğru ən qısa yol hər zaman mövcuddur!
 
Kamal571Tarix: Çərşənbə, 01.04.2015, 1:23 AM | Mesaj # 5
Həvəskar
Qrup: Checked
Mesajları: 101
Reputasiya: 0
Status: Offline
Təşəkkürlər! Amma videoda 2:33-də deyilənlərə görə əgər ki  hər iş gününün sonunda Z hesabatı çıxarılmazsa ödəniş satıcının hesabına oturmur və bir mddətdən sonra müştərinin hesabına qayıdır. Mümkünsə sırf bu cümlənin nə üçün işlədildiyini deyə bilərsiniz?
 
UsefulTarix: Çərşənbə, 01.04.2015, 10:19 AM | Mesaj # 6
Expert
Qrup: Administrators
Mesajları: 149
Reputasiya: 0
Status: Online
Bu prinsip ödəniş terminallarının qaydalarına əsaslanır. Məlumata görə günün sonunda "Z" hesabatı avtomatik olaraq pos terminal aparatı tərəfindən çıxarılır (bir şərtlə ki, pos terminal şəbəkəyə qoşulu olsun). Ödənişdən bir ay ərzində bu hesabat çıxarılmazsa onda sözügedən qaytarış əməliyyatı baş verə bilər.

Hədəfə doğru ən qısa yol hər zaman mövcuddur!
 
Kamal571Tarix: Cümə axşamı, 02.04.2015, 1:22 PM | Mesaj # 7
Həvəskar
Qrup: Checked
Mesajları: 101
Reputasiya: 0
Status: Offline
Amma işlədiyim yerin təcrübəsinə əsasən deyə bilərəm ki günün sonu əməliyyatı hər gün menecer tərəfindən edilir, yəni terminal  avtomatik olaraq nədənsə  heç nə çıxartmır.
 
UsefulTarix: Cümə axşamı, 02.04.2015, 2:53 PM | Mesaj # 8
Expert
Qrup: Administrators
Mesajları: 149
Reputasiya: 0
Status: Online
Məsələ ilə ilaqədar 195 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Hədəfə doğru ən qısa yol hər zaman mövcuddur!
 
Kamal571Tarix: Cümə axşamı, 02.04.2015, 3:43 PM | Mesaj # 9
Həvəskar
Qrup: Checked
Mesajları: 101
Reputasiya: 0
Status: Offline
Bu məsələ barəsində etdiyiniz bütün araşdırmalar üçün sizə təşəkkürümü bildirirəm.
Təşəkkürlər hər şeyə görə!
 
Forum » Forumlar » İqtisadi Forum » POS terminallar və onların çoxsaylı funksiyaları.
Page 1 of 11
Search:

Saytın məlumatlarından istifadə edərkən mənbəyə istinad zəruridir!
MyExcelWorld © 2010 - 2017
Site managed by uCoz
ILK-10 Azeri Website Directory