Bank_iş prosesi_ müxtəlif fasilələr. - Forum
MVP logo
    Sizin Brauzer: , Versiya
Şənbə, 25.02.2017, 2:37 AM
Salam Qonaq | RSS
Ana səhifə | Bank_iş prosesi_ müxtəlif fasilələr. - Forum | Qeydiyyat | Giriş
[ Yeni mövzular · Üzvlər · Forumun qaydaları · Axtar · RSS ]
Page 1 of 11
Forum moderator: Useful 
Forum » Forumlar » İqtisadi Forum » Bank_iş prosesi_ müxtəlif fasilələr.
Bank_iş prosesi_ müxtəlif fasilələr.
Kamal571Tarix: Cümə, 10.06.2016, 6:33 PM | Mesaj # 1
Həvəskar
Qrup: Checked
Mesajları: 101
Reputasiya: 0
Status: Offline
Hər vaxtınız xeyir!
Bu dəfə bank sistemində gedən əməliyyatlar barəsində yox, banklarda real iş prosesləri haqqında soruşmaq istəyirəm:
- Məni maraqlandıran əsas məsələlərdən biri də odur ki, sıravi bank əməkdaşlarına nahar fasiləsi müddəti çıxılmaq şərtilə iş prosesi ərzində neçə dəfə və neçə dəqiqə olmaq şərtilə siqarət və digər zəruri tələbatlar(məsələn, təcili telefonla danışmaq lazım gəldikdə və s.) üçün tənəffüsə çıxmağa icazə verilir?
 
UsefulTarix: Cümə, 10.06.2016, 7:04 PM | Mesaj # 2
Expert
Qrup: Administrators
Mesajları: 149
Reputasiya: 0
Status: Offline
Salam,
Belə bir məhdudiyyətlər əgər varsa da yalnız müştəri xidmətləri sahəsində ola bilər. Bu məsələlər hər bir şirkətin müstəqil qəbul etdiyi daxili reqlamentlərə görə dəyişə bilər.
Əsasən əksər hallarda icazə almadan ofisdən kənarda olmağa vaxt limiti təyin edilir (məsələn 10-15 dəq)
Belə məsələlər zamanı əsas məqsəd işçinin məsul olduğu işi ləngitməməsidir. Əksər yerlərdə bu prinsipi əsas tutaraq işçilərə bu sərbəstlik verilir.


Hədəfə doğru ən qısa yol hər zaman mövcuddur!
 
Kamal571Tarix: Cümə, 10.06.2016, 10:49 PM | Mesaj # 3
Həvəskar
Qrup: Checked
Mesajları: 101
Reputasiya: 0
Status: Offline
Bəs icazə alarkən bank əməkdaşları hansı vəzifəli şəxsdən icazə alırlar?
*Əlbəttə, elə icazə almadan ofisdən kənarda olmağa icazə verilirsə bu onu göstərir ki, işçilərə böyük sərbəstlik verilir!
 
UsefulTarix: Cümə, 10.06.2016, 11:24 PM | Mesaj # 4
Expert
Qrup: Administrators
Mesajları: 149
Reputasiya: 0
Status: Offline
Tabe olduğu struktur bölmə rəhbərinə məlumat verməklə və xüsusi icazə blankını yazmaqla icazə alırlar.

Hədəfə doğru ən qısa yol hər zaman mövcuddur!
 
Kamal571Tarix: Çərşənbə axşamı, 14.06.2016, 4:05 PM | Mesaj # 5
Həvəskar
Qrup: Checked
Mesajları: 101
Reputasiya: 0
Status: Offline
Cavabladığınız üçün təşəkkürlər!

Keçən dəfə yazmağı unutdum. Mənə bilirsiz nə maraqlı gəldi-Siz qeyd etdiniz ki, icazə almadan ofisdən kənarda olmağa 10-15 dəqiqə vaxt limiti təyin olunur. Buna görə bilmək istərdim ki, həmin təyin olunan vaxt limitinin bu və ya digər işçi tərəfindən aşılması həmin işçinin tabe olduğu struktur bölmə rəhbəri tərəfindən necə müəyyən olunur?
 
UsefulTarix: Çərşənbə axşamı, 14.06.2016, 7:34 PM | Mesaj # 6
Expert
Qrup: Administrators
Mesajları: 149
Reputasiya: 0
Status: Offline
Bu limitə giriş-çıxış kartlarının qeydiyyatına əsasən HR nəzarət edir və s/b məlumat ötürür.

Hədəfə doğru ən qısa yol hər zaman mövcuddur!
 
Kamal571Tarix: Çərşənbə, 15.06.2016, 1:39 PM | Mesaj # 7
Həvəskar
Qrup: Checked
Mesajları: 101
Reputasiya: 0
Status: Offline
Deməli hər bir bank əməkdaşına məxsus olan kart və yaxud adına qeydiyyatdan keçirilmiş olan kart var?
 Bir də s/b deyərkən nəyi nəzərdə tutursunuz?
 
UsefulTarix: Çərşənbə, 15.06.2016, 2:01 PM | Mesaj # 8
Expert
Qrup: Administrators
Mesajları: 149
Reputasiya: 0
Status: Offline
Bəli
P.S:s/b-struktur bölmə


Hədəfə doğru ən qısa yol hər zaman mövcuddur!
 
Kamal571Tarix: Çərşənbə, 29.06.2016, 1:04 PM | Mesaj # 9
Həvəskar
Qrup: Checked
Mesajları: 101
Reputasiya: 0
Status: Offline
Ətraflı məlumata görə təşəkkür edirəm və işlərinizdə uğurlar arzulayıram!
 
Forum » Forumlar » İqtisadi Forum » Bank_iş prosesi_ müxtəlif fasilələr.
Page 1 of 11
Search:

Saytın məlumatlarından istifadə edərkən mənbəyə istinad zəruridir!
MyExcelWorld © 2010 - 2017
Site managed by uCoz
ILK-10 Azeri Website Directory