Forumda "İŞLƏMƏK QAYDALARI" - Forum
MVP logo
    Sizin Brauzer: , Versiya
Cümə axşamı, 30.03.2017, 3:47 AM
Salam Qonaq | RSS
Ana səhifə | Forumda "İŞLƏMƏK QAYDALARI" - Forum | Qeydiyyat | Giriş
[ Yeni mövzular · Üzvlər · Forumun qaydaları · Axtar · RSS ]
Page 1 of 11
Forum moderator: Useful 
Forum » Forumlar » İqtisadi Forum » Forumda "İŞLƏMƏK QAYDALARI"
Forumda "İŞLƏMƏK QAYDALARI"
UsefulTarix: Bazar ertəsi, 07.05.2012, 2:49 PM | Mesaj # 1
Expert
Qrup: Administrators
Mesajları: 149
Reputasiya: 0
Status: Offline
Hörmətli istifadəçilər burada siz "Yeni mövzu əlavə etmək, Cavablandırma, Sitat gətirmə və Redaktə qaydaları" ilə addım-addım tanış ola biləcəksiniz.

P.S: Bu bölməyə "forumda işləmək qaydaları" ilə əlaqədar bütün suallarınızı yaza bilərsiniz.
  • İlk olaraq “Yeni mövzunun əlavə edilməsi qaydası” barədə: Məsələn fərz edək ki, siz hazırda aktual məsələ olan "Bankların birləşməsi" mövzusunu müzakirə etmək istəyirsiniz. Bunun üçün ilk olaraq “Yeni Mövzu” in üzərinə klik edilir. Sonra “Mövzu adı” və “Mesaj mətni” bölmələri aşağıda göstərilmiş qaydada tamamlanır.
    Məsələn:Mövzu adı bölməsinə - "Bankların birləşməsi", Mesaj mətni bölməsinə isə mesajınız olan "Hörmətli həmkarlar, hamınızı salamlayıram. Sualım budur:Bankların birləşməsi barədə nə düşünürsünüz?"yazılır və “Təsdiqlə” sıxılır.
    Əgər nümunə olaraq öz faylınızı da əlavə edəcəksinizsə onda “Обзор”-a klik edib faylınızı əlavə edin. (faylın həcmi 100 kb-a qədər olmalıdır). Sonra əməliyyatı yekunlamaq üçün “Təsdiqlə" sıxılır və budur siz artıq yeni mövzunuzu əlavə etmiş olursunuz.
    QEYD: Burada “Öncədən baxış” əlavə ediləcək mövzunun ilkin görünüşünə baxması “İmtina et” isə imtina edilməsi üçün istifadə oluna bilinər. Bu düymələr “Təsdiqlə” düyməsindən əvvəl yerinə yetirilir. (çünki “Təsdiqlə" təsdiq düyməsidir və sonuncu olaraq sıxılır)
  • “Cavablandırma” qaydası: Artıq tərtib edilmiş mövzunun sualına cavab vermək üçün “Cavabla” sıxılır cavabınızı yazırsınız sonra “Təsdiqlə” sıxılır. Cavabınızı təqdim edərkən faylı da əlavə edə bilərsiniz.
  • “SİTAT gətirmə” qaydası: əgər yazılmış hər hansı sözə sitat gətirmək istəsəniz bu halda sitat gətirəcəyiniz hissəni seçib sonra “Sitat” sıxılır.
  • “Redaktə” qaydası: Bu əməliyyat "Dəyiş" düyməsilə həyaha keçirilir. Bu düymə artıq əlavə etdiyiniz məlumatlar üzərində dəyişikliklər edilməsi üçün nəzərdə tutulub. Yəni əlavə etdiyiniz hər hansı bir məlumatı daha sonra dəyişmək imkanınız var. Bu icazə yalnız 24 saat qüvvədə olacaq.
    Qonaqlar (hələ qeydiyyatdan keçməyənlər) mövzu tərtib etmək üçün "User"lərdən fərqli olaraq həm də “Kod”yazılan yerə müvaffiq kodu daxil edərək “Təsdiqlə”düyməsini sıxırlar.

  • Digər istifadə imkanları:
  • "Şəxsi mesajınız(0)" - sizə göndərilmiş mesajları buradan oxuya bilərsiniz (və ya Profiliniz-dəki "ŞM Oxu" bölməsindən)
  • "Yeni mövzular" - budrada yeni əlavə edilmiş, yenilənmiş və sonuncu cavablandırılmış mövzular siyahısı yerləşir.
  • "Üzvlər" - qeydiyyatdan keçmiş bütün üzvlər siyahısını burada görə və həm də axtarışa verərək tapa bilərsiniz.
  • "Saytın və Ucoz formunun qaydaları" - burada ümumi qaydalarla tanış ola bilərsiniz.
  • "Axtar" - müəyyən açar sözü axtarışa verərək tapa bilərsiniz.
    --------------------------------------------

    Hədəfə doğru ən qısa yol hər zaman mövcuddur!
  •  
    Forum » Forumlar » İqtisadi Forum » Forumda "İŞLƏMƏK QAYDALARI"
    Page 1 of 11
    Search:

    Saytın məlumatlarından istifadə edərkən mənbəyə istinad zəruridir!
    MyExcelWorld © 2010 - 2017
    Site managed by uCoz
    ILK-10 Azeri Website Directory