MVP logo
    Your browser: , Version
Wednesday, 24.04.2024, 1:29 PM
Hello! Guest | Group Guest | RSS
Home | Fayl Kataloqu | Profile  | Login
Saytın menyusu

Kateqoriyalar
VBA [21]
Formullar [31]
Massiv Formullar [12]
Ümumi [4]

Sorğu
Saytın hansı bölməsini daha çox maraqlı hesab edirsiniz?
Səsvermə sayı: 136

Statistika

Total online: 1
Guests: 1
Users: 0

Müsabiqələr


Bütün Excel kitabınız üçün Vahid Bazalı Validation + Dinamik "Adlı Xanalar".
[ Download from this server (9.9 Kb) ]18.05.2013, 11:25 PM

Bütün Excel kitabınız üçün Vahid Bazası olan Validation. Yəni baza yalnız bir səhifədə olacaq və siz asanlıqla həmin bazadan digər səhifələrdə də istifadə edə biləcəksiniz. Ad verilməmiş xanalardan istifadə edərkən isə siz bunu digər səhifələrə tədbiq edə bilmədiyiniz halda ad verimiş xanalar asanlıqla bütün səhifələrdə də digər təyinatlar üzrə də istifadə edilə bilinir.

Bu formulu "Define Name"-da "Refers to" bölümünə əlavə edin. (Klavişlə keçid- "Ctrl+F3")

=OFFSET($B$6,1,0,COUNTA($B:$B)-1,1)

Burada offset() funksiyası bizə dəyişən aralığı təyin etməyə imkan verəcək. Bu misalımızda B6-da siyahı başlığıdır, sonrakı 1 (bir) isə yəni bir sətir aşağıdan başlayaraq diapozonu nəzərə alacaq, 0 (sıfır) bu isə heç bir sütün sağa, sola doğru sürüşmə olmayacağını bildirir. Counta($B:$B) bu hissə isə siyahımızda nə qədər ad olduğunu göstərir (siyahı adı ilə birlikdə). Sayma zamanı siyahı başlığını nəzərə almamaq üçün COUNTA($B:$B)-1 kimi yazılış edirik və beləliklə siyahımızın uzunluğunu təyin etməklə yanaşı sonuncu yazılan 1 (bir) bizə genişliyin bir sütun boyu olacağını təyin edirik.



Vəssalam! xanalara ad təyin etdik. İndi isə həmin adı Validation da istifadə edək. Data/Data Tools/Data Validation/List oradan "Source" yerində sadəcə "F3" sıxmaqla bütün təyin edilmiş adları görə biləcəksiniz və Enter. Budur hazırdır indi bu Validation-u copy edib digər səhifələrə də əlavə edərək istifadə etmək olar. Eləcə də əgər lazım olarsa birinci baza olan səhifəmidə siyahınızı asanlıqla artıra bilərsiniz və siyahınıza əlavə etdiyiniz yeni adların da validation olan (bazası ad verdiyimiz xanalar olanlardan söhbət gedir əlbətdə ki) hər bir səhifədə necə yeniləndiyini görə biləcəksiniz. Uğurlar!

 

 

 

Category: Formullar | Added by: Useful
Views: 1003 | Downloads: 124 | Rating: 0.0/0
Total comments: 0
Register to add comments
[ Register | Login ]
Login

Search

Useful Sites
  • www.planetaexcel.ru
  • www.programmersforum.ru
  • www.mrexcel.com
  • www.excelworld.ru
  • www.cyberforum.ru
  • www.excelvba.ru
  • www.muhasib.az

  • Visitors
    free counters


    MyExcelWorld © 2024
    Site managed by uCoz