MVP logo
    Your browser: , Version
Friday, 29.03.2024, 2:13 PM
Hello! Guest | Group Guest | RSS
Home | Fayl Kataloqu | Profile  | Login
Saytın menyusu

Kateqoriyalar
VBA [21]
Formullar [31]
Massiv Formullar [12]
Ümumi [4]

Sorğu
"Excel"in hansı versiyasını istifadə edirsiniz?
Səsvermə sayı: 572

Statistika

Total online: 1
Guests: 1
Users: 0

Müsabiqələr


Data Validation vasitəsi ilə - Azalan siyahının əldə edilməsi
[ Download from this server (11.6 Kb) ]10.07.2013, 11:54 PM


Əvvəlcə "Azalan siyahı" dedikdə nəyin nəzərdə tutulduğuna nəzər yetirək. Məsələn deyək ki, siz data validation vasitəsilə hər hansı bir siyahıdan istifadə edirsiniz və siyahıdakı istifadə etdiyiniz hər bir addan yalnız müəyyən məhdud sayda (əsasən - bir dəfə olmaqla) daxil edilə bilinməsini arzu edirsiz. Bu zaman "Azalan siyahı"dan istifadə etməklə bu qarşıya qoyulan məqsədi gerçəkləşdirmək mümkündür. Belə olan halda siz siyahınızdakı adlardan istifadə etdikcə həmən o istifadə edilən adların sizin data validation siyahınızdan avtomatik olaraq çıxdığını görə bilərsiniz. Bu zaman siz asanlıqla hansı adlardan istifadə edilmədiyini təyin etmiş olursunuz.

İndi isə bunun necə əldə edilməsinə nəzər yetirək.

"A"-sütunundakı "N" adlanan sütunda "A2" xanasından başlayaraq bu aşağıdakı düstur daxil edilib.

=IF(COUNTIF($F:$F,B2)<$D2,MAX($A$1:$A1)+1,0)

Burada məqsəd "F" sütununda daxil ediləcək adların sayını təyin etməkdir. Əgər söz təyin etdiyimiz sayda artıq varsa  (COUNTIF($F:$F,B2)<$D2 - hissəsi nəzərdə tutulur. Burada D2 - siyahımızdakı adın neçə dəfə təkrarlanması limitidir və "D" sütunundakı məlumatları əl ilə istədiyiniz miqdarda təyin etmək imkanınız olacaq.) onda "B" sütunudakı siyahınıza sözün sıra nömrəsi vermiş olacaq. Əks təqdirdə sıfır yazacaq. Sıralamada formulun "MAX($A$1:$A1)+1" olan hissəsi çıxış edir.

"Azalan Siyahı" "C" sütunundakı düsturun açıqlaması.

=IFERROR(OFFSET($B$1,MATCH(ROW(1:1),$A:$A,0)-1,0),"")

Buradakı MATCH(ROW(1:1),$A:$A,0) olan hissə. "A"- sütunundakı sıfırdan fərqli rəqəmlərin sətir nömrəsini tapır. Burada "A"-sütunu tam olaraq təyin edildiyi üçün sonunda (-1) yazılıb ki, cədvəl məlumatlarının 2-ci sətirdən başlamasını nəzərə alınsın.

OFFSET($B$1,MATCH(ROW(1:1),$A:$A,0)-1,0) - hissə isə təyin etdiyimiz siyahıdan (yəni "B" sütunundan) tapılan sətir nömrəsi qədər aşağı düşərək lazım olan sözü tapır.

"C" sütunundakı "Azalan siyahı" üçün ad təyin edirik.

=OFFSET('Azalan Siyahı'!$C$1,1,0,SUM(--('Azalan Siyahı'!$C:$C<>""))-1,1)

Təyin etdiyimiz "Azalan siyahı" adını - Data validation-da istifadə edirik.




Bu şəkildə hazırda "F" sütununa iki dəfə "Bir" sözü daxil edilib. "D2" - xanasından da görünür ki, "Bir" sözünə 3 sayda təkrarlanma limiti təyin edilib. Ona görə də hazırda aktiv olan "F9" xanasında açılmış data validation siyahısında "Bir" sözünü yenə görürsünüz. Növbəti şəlikdə ardına baxaq.




Bu növbəti təsvirimizdə yenə "Bir" sözündən istifadə edilir və növbəti "F10" xanasında açılan data validation siyahısında biz artıq "Bir" sözünün siyahımızdan çıxdığını görə bilirik.



Bu təsvirdə isə "İki" sözünə cəmi bir dəfə istifadə imkanı verildiyindən siyahımızda artıq görsənmir. Əgər hər sözə yalnız bir dəfə istifadə edilmə imkanı verəcəksinizsə onda "D" swtununa ehtiyac duyulmayacaq. Sadəcə olaraq birinci izah etdiyimiz düsturda
yəni =IF(COUNTIF($F:$F,B2)<$D2,MAX($A$1:$A1)+1,0) əvəzinə

=IF(COUNTIF($F:$F,B2)<1,MAX($A$1:$A1)+1,0) istifadə etməniz lazım gələcək. Uğurlar!



 

Category: Formullar | Added by: Useful
Views: 1131 | Downloads: 102 | Rating: 0.0/0
Total comments: 0
Register to add comments
[ Register | Login ]
Login

Search

Useful Sites
  • www.planetaexcel.ru
  • www.programmersforum.ru
  • www.mrexcel.com
  • www.excelworld.ru
  • www.cyberforum.ru
  • www.excelvba.ru
  • www.muhasib.az

  • Visitors
    free counters


    MyExcelWorld © 2024
    Site managed by uCoz