MVP logo
    Your browser: , Version
Wednesday, 24.04.2024, 7:44 PM
Hello! Guest | Group Guest | RSS
Home | Fayl Kataloqu | Profile  | Login
Saytın menyusu

Kateqoriyalar
VBA [21]
Formullar [31]
Massiv Formullar [12]
Ümumi [4]

Sorğu
Saytın hansı bölməsini daha çox maraqlı hesab edirsiniz?
Səsvermə sayı: 136

Statistika

Total online: 1
Guests: 1
Users: 0

Müsabiqələr


Hyperlink() funksiyası və "#" işarəsinin işlədilməsi qaydası
[ Download from this server (17.7 Kb) ]25.04.2013, 11:09 PM
Excel proqramının istifadəçilərinin əksəriyyətinə "Hyperlink" sözü tanışdır. Adəti üzrə "Hyperlink" sözü deyəndə ilk olaraq "Ctrl+K" (klaviş vasitəsilə) yaxud mausun sağ düyməsindən "Hyperlink" yaxud da "Insert/Links/Hyperlink" vasitəsilə hiperəlaqənin daxil edilməsi fikrinizdə canlanır. Bu dəfə isə bu cür hiperəlaqələri exceldə mövcud olan Hyperlink() funksiyasından istifadə etməklə dinamik nəticələrin necə əldə olunması ilə tanış olacağıq.

Qısa icmal:

1. Cari Excel səhifədəki xanaların birinə keçid
2. Cari Excel kitabının digər səhifələrdəki xanalara keçid
3. Cari Excel kitabında  "Ad təyin edilmiş" (Define name) xanalara keçid
4. Hər hansı bir Web səhifənin açılması və ya Web də yerləşən faylın hər hansı bir xanasına keçilməsi qaydası
5. Kompüteriniz və yaxud Şəbəkə Serverindən hər hansı Excel və ya digər bir faylın açılması (və ya spesifik Excel xanasına keçilməsi)
6. Word sənədində əvvəlcədən Bookmark etdiyimiz yerlərə keçid
7. Digər nümunələr. İngilis versiyasinda standart olaraq səhifə adları Sheet1, Sheet2... və s səhifələrinə keçid reyestri.


HYPERLINK(link_location, [friendly_name])

Göründüyü kimi Hyperlink() funksiyasının quruluşu iki hissədən ibarətdir

Burada
:
link_location
- faylın yerləşdiyi ünvandır (bu sahə yazılması tələb edilən bölmədir)
[friendly_name] - Bu sahə isə hiperəlaqə olan xanada görsənəcək mətndir (bu sahə boş saxlansa da olar)

1. İlk olaraq cari excel kitabında məsələn B4 xanasında aşağıdakı formulu istifadə edərək həmin səhifədəki A1 xanasına keçməyə çalışaq:



=HYPERLINK("[HYPERLINK.xlsb]A1","Bu kitabın A1 xanasına keç")

Burada:

A1 xana ünvanı
link_location -
[HYPERLINK.xlsb] (cari kitabın adı)

[friendly_name] - "Bu kitabın A1 xanasına keç"

Cari excel kitabında hər hansı bir xana, səhifə və ya ad təyin edilmiş (Define Name) xanalara keçid üçün Hyperlink() funksiyasında "#" işarəsindən istifadə edillir.


Indi isə yuxarıadkı misalımızı "#" işarəsindən istifadə etməklə həll edək. Bunun üçün cari kitabın adı olan
[HYPERLINK.xlsb] hissəni sadəcə olaraq '#" işarəsilə əvəz etmək lazımdır. Yəni:

=HYPERLINK("#A1","Bu kitabın A1 xanasına keç")


2. Cari (HYPERLINK.xlsb) Excel kitabının digər səhifələrdəki xanalara keçid üçün

=HYPERLINK("[HYPERLINK.xlsb]Sheet2!A1","Sheet2-dəki A1-ə keç")

Burada cari excel kitabının "Sheet2"  səhifəsindəki A1 xanasına keçid edilir


'#" işarəsindən istifadə etməklə isə

=HYPERLINK("#Sheet2!A1","Sheet2-dəki A1-ə keç")


3. Cari (HYPERLINK.xlsb) Excel kitabında  "Ad təyin edilmiş" (Define name) xanalara keçid

=HYPERLINK("[HYPERLINK.xlsb]Keçid1","Keçid1 adlandırılmış xanalara keç")

Burada "Keçid1" məsələn I1:I10 xanalarına verilən addır. Bu linkə klik edərkən I1:I10 xanalarının seçildiyiniz görəcəksiniz.

'#" işarəsindən istifadə etməklə isə

=HYPERLINK("#Keçid1","Keçid1 adlandırılmış xanalara keç")

Qeyd: Ad təyin edilmiş kitabda keçid zamanı səhifə adlarının qeyd olunmasına ehtiyac qalmır. Çünki kitabınızda bu təyin edilmiş adlarla eyni adda olan ikinci bir ad mövcud olmayacaq.


4. Hər hansı bir Web səhifənin açılması və ya Web də yerləşən faylın hər hansı bir xanasına keçilməsi qaydası

Hər hansı bir Web səhifənin açılması:

=HYPERLINK("http://myexcelworld.ucoz.com/load/excel_tricks/12")

Burada göründüyü kimi saytımızın Excel Tricks adlı sıhifəsinə hyperlink təyin edilib

Web də yerləşən faylın hər hansı bir xanasına keçilməsi:

=HYPERLINK("[http://myexcelworld.ucoz.com/_fr/0/Weekday.xls]A20","Forumdakı Weekday adlı faylın A20 xanasına keç")

Burada isə saytın forum bölümünə əlavə edilmiş "Weekday.xls" adlı faylın A20-ci xanasına keçid edilir.


5. Kompüteriniz və yaxud Şəbəkə Serverindən hər hansı Excel və ya digər bir faylın açılması (və ya spesifik Excel xanasına keçilməsi)


Kompüteriniz və yaxud Şəbəkə Serverindən hər hansı Excel faylının açılması:

=HYPERLINK("[C:\Documents and Settings\Useful\My Documents\NewExcel.xlsx]","My Document-də yerləşən NewExcel faylınızı açın")

 P.S: həmçinin JPG, PDF, mp3 və s formatında olan faylları da bu üsulla işə sala bilərsiniz.

Spesifik Excel xanasına keçilməsi:

=HYPERLINK("[C:\Documents and Settings\Useful\My Documents\NewExcel.xlsx]A25","My Document-də yerləşən NewExcel faylınızın A25 xanasına keçin")

Qeyd: bu misalımızda "C:\Documents and Settings\..." olan fayl ünvanını sizin kompüterinizdəki real ünvanla əvəz edin. Əlbətdə ki, NewExcel.xlsx adlı faylı da orada yerləşdirməniz şərtdir.


6. Word sənədində əvvəlcədən Bookmark etdiyimiz "Sahe" adlı yerə keçid

=HYPERLINK("[C:\Documents and Settings\Useful\My Documents\NewWord.docx]Sahe","My Document-də yerləşən NewWord faylınızdakı Sahe adlı Bookmarka keçin")

Qeyd:
"C:\Documents and Settings\..." olan fayl ünvanını sizin kompüterinizdəki real ünvanla əvəz edin. Əlbətdə ki, NewWord.docx adlı faylı da orada yerləşdirməniz də şərtdir. Bu misalımızda əvvəlcə Word sənədinizdə Bookmark tərtib edirsiz. Bunu etmək üçün əvvəlcə hər hansı bir mətn sahəsini seçin İnsert/Bookmark/Add edin.


7. Digər nümunələr. İngilis versiyasinda standart olaraq səhifə adları Sheet1, Sheet2... və s səhifələrinə keçid reyestri.

Əgər kitabınızdakı səhifələr standart olaraq (ingilis versiyasında) Sheet-lə adlandırılıbsa onda məsələn Sheet1 səhifəsində bütün səhifələrə keçid üçün reyestri aşağıdakı qaydada tərtib edə bilərsiniz.

=HYPERLINK("#Sheet"&ROW(1:1)&"!A1","Keç Sheet"&ROW(1:1)&"!A1 xanasına")

Burada:
ROW(1:1) hissəsi formulu aşağı çəkdikcə səhifələrə ardıcıl sıra adları təyin etməyə imkan vermiş olur.

Ətraflı məlumat üçün buradakı faylı yükləyib praktik olaraq sınaqdan keçirə bilərsiniz. Uğurlar!


Category: Formullar | Added by: Useful
Views: 1057 | Downloads: 114 | Rating: 0.0/0
Total comments: 0
Register to add comments
[ Register | Login ]
Login

Search

Useful Sites
  • www.planetaexcel.ru
  • www.programmersforum.ru
  • www.mrexcel.com
  • www.excelworld.ru
  • www.cyberforum.ru
  • www.excelvba.ru
  • www.muhasib.az

  • Visitors
    free counters


    MyExcelWorld © 2024
    Site managed by uCoz