Hörmətli forumçular hər yeni mövzu əlavə edərkən "Mövzu adı" bölməsinə mövzuya uyğun başlıq təyin edilməsi və əlavə edilən faylın həcminin "100 kb" dan çox olmaması vacib şərtlərdəndir. Əgər faylın həcmi "100 kb" dan çoxdursa zip edilmiş formada da əlavə edə bilərsiniz. Sualınızın ümumi xarakter daşımadığı bütün hallardan başqa digər hallarda fayl əlvə edilməsi məsləhət görülür.
Əgər faylınızda konfidensial məlumatlar varsa onda onları sadəcə olaraq şərti məlumatlarla əvəz edin.
Əlavə edəcəyiniz faylda sizin qarşılaşdığınız problemi əhatə edən məsələ nümunəsinin yığcam şəkildə (hər halda 10-20 sətirlik) olması məqbuldur. Əgər siz sualınıza qaneedici cavab almısınızsa "helper"-ə təşəkkür etməyi unutmayın. (Bu mövzunun açıq və ya bağlı olmasını elan etmək üçün lazımdır).
Yeni mövzu tərtib edərkən diqqət!
Saytda cavablandırılan suallar sırf könüllülük prinsipinə əsaslanır.
Hər yeni mövzu tərtib etdiyi zaman forumçuları salamlayaraq nəzakətli şəkildə sualını təqdim edən kəslərə kömək etmək bizə xoşdur!
Əks halda həmin mövzu ləğv ediləcək!
Saytda qadağandır!:
Mövzuya aid olmayan məsələləri müzakirə etmək (eləcə də hər forumun sualı öz bölməsində müzakirə edilməlidir);
Eyni adlı mövzu tərtib etmək (bunu bilmək üçün əvvəlcə açar sözü axtarışa vermək olar);
Saytın "Administrator"luğunun qərarlarını müzakirə etmək;
Mövzuya aidiyyatı olmayan linkləri təqdim etmək və habelə şərhləri yazmaq;
Etik qaydalardan kənara çıxmaq.
Hörmətlə Administrarorluq,
24.08.2016