"Microsoft MVP Award" mükafatı haqqında
"Microsoft şirkəti" Most Valuable Professional (MVP) Award yəni, Ən Dəyərli Mütəxəssis Mükafatını 1990-cı illərdən bəri MVP adına layiq gördüyü şəxslərə təqdim edir.
MVP-lər Microsoft-dakı adamlarla sıx əlaqələr qurmaq təklifləri alan müstəqil ekspertlərdir. MVP-lərin liderliyinin təsdiq edilməsi və onların səylərinin dəstəklənməsi üçün platformanın təchiz edilməsilə Microsoft MVP-lərə Microsoft məhsullarına erkən girişi və həmçinin onların məhsulların dizaynı, dəstək və inkişafı barədə öz tövsiyyələrini verə bilmələri üçün imkanlar qazandırır.
MVP-lər Microsoftun istehlakçı bazasına və texnalogiyasının genişlənməsinə təsir edirlər. İyirmi il bundan əvvəl Microsoftun MVP-lərinin cəmi sayı 34 nəfər idi. Dünyada 100 milyon istifadəçi texnoloji qruplarda iştirak edirlər və onlardan yalnız 4 min nəfərə yaxını Microsoft-un MVP- MS Excel proqramı üzrə "MVP Award" mükafatına layiq görülənlərin cəmi sayı isə 100-ə yaxındır. Bu statistik rəqəmlər Microsoftun təqdim etdiyi "MVP Award" mükafatının nə qədər dəyərli və nadir bir mükafat olmasından xəbər verir.
Microsoftun MVP mükafatına layiq görülənlər sırasında Azərbaycan da varmı?
Cavab: Saytın təsisçisi Aydın Əliyev 2012-2016 illər ərzində ardıcıl olaraq Microsoft tərəfindən Excel proqramı üzrə "MVP Award" mükafatına layiq görülüb.
Aydın Əliyev in Microsoft MVP Sertifikatları:
MVP Faktları:
- 90 - dan çox ölkədə yaşayırlar
- Təqribən 40 dildə danışırlar
- Hər il 10 milyondan artıq sualları cavablandırırlar
- Təcrübələrini Microsoftun 90-na yaxın texnologiyası üzrə bölüşürlər.
Microsoftun aktiv MVP-ləri haqda əlaqə informasiyasını haradan əldə edə bilərəm?
Cavab: Siz Microsoftun mükafatçılar səhifəsindən bura daxil olmaq istəyən hazırkı MVP-lərin siyahısını görə bilərsiniz. Microsoft şəxsi və təhlükəsizlik səbəblərindən bütün MVP-lər haqda əlaqə informasiyasını orada əsk etdirmir.