Fərz edək ki, siz excel kitabınızın "Baza" sheet-ində (səhifəsində) bütün dillerlər üzrə hər hansı bir məhsul çeşidinin cəmi sayını bilmək istəyirsiniz. Məsələn deyək ki, dillerlərin sayı 15-dir və hər diller ayrıca sheet-də yerləşir. "Diller1" sheet-indən "Diller15" sheet-nə qədər olan səhifələrdən "B4"-ləri toplamaq üçün bəzən adi qaydada:
Code
Diller1!B4+Diller2!B4+Diller3!B4+Diller4!B4+Diller5!B4+Diller6!B4+Diller7!B4+
Diller8!B4+Diller9!B4+Diller10!B4+Diller11!B4+Diller12!B4+Dil le r13!B4+Diller14!B4+Diller15!B4
yazaraq nəticə əldə edilir. (Əgər səhifələrin sayı artarsa onda bu toplananlar səhifəni görməyə çətinlik törədəcək)
Bu səbəbdən mövcud olan qısa variantdan yəni :
Code
SUM(Diller1:Diller15!B4)
-dan istifadə etmək daha məqsədəuyğundur.
Daha ətraflı burada |