Siyahıda dublikatı olmayanların sayının necə tapılmasına baxaq
Code SUMPRODUCT(N((COUNTIF(A2:A16;A2:A16)=1)))
İzahı:
Bu funksiyanın iş prinsipini daha
yaxşı anlamaq üçün hər bir hissəsini seçib "F9" ilə kalkulyasına baxa
bilərsiniz. Əgər COUNTIF(A2:A16;A2:A16) olan hissəni seçib "F9"
sıxsaq nəticə belə olacaq {1;1;5;5;5;5;5;4;4;2;1;1;2;4;4} bu A-sütunundakı hər
bir kriteriyanın həmən diapozondakı cəmi sayını göstərir. Aydındır ki, buradakı
1-lər dublikatı olmayanları göstərir (yəni siyahıda bir dəfə yazılanları). COUNTIF(A2:A16;A2:A16)=1
formulu isə bir-bir {1;1;5;5;5;5;5;4;4;2;1;1;2;4;4} aralığındakıları
"1" rəqəmi ilə tutuşduraraq bərabərliyin doğruluğunu yoxlayır. İndi
isə gəlin COUNTIF(A2:A16;A2:A16)=1 olan hissəni seçib "F9"-u sıxsaq
görərik ki, {TRUE;TRUE;FALSE;FALSE;FALSE;FALSE;FALSE ...və s}nəticəsini alarıq.
Burada "TRUE" olanlar doğru bərabərliyi göstərir və onların cəmi sayı
"4"-dür. Bu alınan "4" rəqəmi elə dublikatı olmayanların
sayını göstərəcək. Ona görə də bizə lazım olan nəticəni almaq üçün təkcə bu "TRUE"
olanları cəmləmək qalır. Bunun üçün əvvəlcə bu məntiqi yoxlama ardıcıllığını
rəqəmlərə çevirib toplamaq qalır. Bu çevirmə əməliyyatını "N()" (yəni
number) funksiyası ilə gerçəkləşdirəcəyik.N(TRUE)=1 nəticəsini, N(FALSE)=0
nəticəsini verdiyindən formulun N((COUNTIF(A2:A16;A2:A16)=1)) olan hissəsini
seçib və yenə də "F9"-u sıxmaqla
{1;1;0;0;0;0;0;0;0;0;1;1;0;0;0}nəticəsini alarıq və nəhayət yekun nəticəni
almaq yəni bu "1" -ləri toplamaq üçün SUMPRODUCT() funksiyası
köməyimizə çatır və budur nəticəmiz artıq hazırdır.
|