Siyahıdan seçilən kriteriyanın yerləşdiyi yerə keçid.
Burada "B7:B10" aralığı "Microsoft_Office" adı ilə adlandırılaraq formulumuzda istifadə edilib.
=HYPERLINK("#"&CELL("address";OFFSET($B$6;MATCH($E6;Microsoft_office;0);0));"Keçmək üçün kilik et")
burada isə:
=MATCH($E6;Microsoft_office;0) - hissə E6 xanasındakı sözün ad verilmiş yerdə yerləşdiyi mövqesini tapır
=OFFSET($B$6;MATCH($E6;Microsoft_office;0);0) - hissə B6 xanasından tapılan mövqe qədər aşağı düşür və məhz həmin sözün yerləşdiyi real xananı göstərir.
=CELL("address";OFFSET($B$6;MATCH($E6;Microsoft_office;0);0)) - hissə isə sonuncu qeyd edilən formulun xana ünvanını əldə etməyə imkan verir.
Beləliklə yuxarıda verilən birinci formul keçidi təmin etmiş olur.