Adi halda aşağıdakı görüntüdən A və B sütunlarının yeri dəyişik olan halında Vlookup() funksından istifadə etməklə nəticəni tapa bilirik. Amma bu həmişə belə olmur bəzən əks tərəfdəki nəticəni tapmaq da lazım gəlir.
Qeyd: A2:A7 - yə Qiyməti, B2: B7-yə isə Kompüterlər adları verilib. (qısa düyməsi Ctrl+Shift+F3)
Bunun üçün ilk növbədə formulda A və B sütunlarının yerini dəyişmək lazımdır ki, axtarılan kriterya sol tərəfə keçsin. Bu əməliyyat Choose() funksiyası ilə həyata keçirilir. Bu funksiyanın necə işləməsinə baxaq. Əgər {2,1} yerində mötərizəsiz 1 və ya 2 yazılsa idi onda diapozon uyğun olaraq "Qiyməti" və ya "Kompüterlər" olardı. Amma bizə hər iki diapozon da lazım olduğu üçün həmin mötərizələrdən istifadə edirik və mötərizənin içində 2-nin birinci sonra isə 1-in ikinci yazılması əks lazımi ardıcıllıqla diapozonun alınmasına imkan verəcək. Yəni diapozonda birinci "Kompüterlər" sonra isə "Qiyməti"-in məlumatları təmin olnur. |