Adi halda Large() funksiyası verilmiş aralıqda 1-ci, 2-ci, 3-cü,...n-ci ən böyük rəqəmi tapır. Əgər sizin siyahıda təkrarlanan rəqəmlər varsa onda bu funksiya hesablama zamanı təkrar olunanları da nəzərə alacaq. Bu məqamdan yayınmaq üçün aşağıdakı ardıcıllığı izləyək. I. MATCH(A4:A9,A4:A9,0) bu hissə A4:A9 aralığında olan hər bir rəqəmin yerləşdiyi sətir nömrəsini verəcək. Bu funksiya siyahıda təkrar olunanların hamısı üçün siyahıda birinci olanların sətir nömrəsini yazacaq. Məsələn siyahıdakı 9 rəqəmi iki dəfə təkrarlanıb və bu funksiyanın nəticəsinə görə A6 və A9-dakı 9 rəqəmlərinin sətir nömrələri eynidir (yəni 3-dür). II. ROW(INDIRECT("1:"&COUNTA(A4:A9))))-hisssə bizə ötən bölmələrin izahından məlumdur və bilirik ki, bu bizə diapozondakı rəqəmlərin sayı qədər ardıcıllığı verəcək. III. Beləliklə I-ci və II -ci mərhələlərin nəticələrindən bir-birinə bərabər olacağı halları "True" fərqli olacağı halları isə "False" olmuş olcaq və bu bizə siyahımızdakı hər bir rəqəmi bir dəfə nəzərə almağımıza imkan verəcək. P.S: Əgər siyahınızda təkrarları nəzərə alınmayan 5 rəqəm varsa və siz 6-cı ən böyük rəqəmi tapmaq istəsəz bu zaman rastlaşacağınız mümkün "error" lardan yayınmaq üçün 2007-dək olan versiyalar üçün if(iserror(formul),"reqemi duzgun daxil edin", formul), 2007 və sonrakı versiyalar üçün isə iferror(formul,"reqemi duzgun daxil edin") istifadə edilə bilinər. |