Bu funlksiyanın mahiyyəti ondan ibarətdir ki, burada İndex() funksiyası verilən X (sətir), Y (sütün) koordinantlarında kəsişən nöqtəni (hücrəni) tapır. Match()-funksiyası burada yardımçı funksiyanı
yerinə yetirir. Yəni verilmiş kriteriyaların hansı sətirdə yerləşməsini
təyin etməyə kömək edir. Burada "&" işarəsi hər iki və daha çox
kriteriya və diapozonu eyni zamanda nəzərə almağa imkan verəcək.
Beləliklə Match() funksiyası bu hər iki kriteriyanın yerləşdiyi sətiri
tapır. Növbəti mərhələ sütunun tapılması olur. Sütün isə bəllidir
(nəticə sütunu), bu "Qiymət" sütunudur. Nəticə olaraq bu formul bizə
verilmiş ad ("LANP ASSY") və modelin ("N16") yerləşdikləri sətir nömrəsini verir. Əgər biz qiymət sütununda həmən sətiri tapmış olarıqsa
istədiyimiz (yəni tələb olunan) nəticəni tapmış olarıq. (Massiv funksiyasıdır "Ctrl+Shift+Enter "ilə daxil edilir).