İki müxtəlif cədvəlin müqaisəsini apararkən Vlookup() funksiyasından istifadə zamanı funksiya bizə yalnız siyahıda yuxarıdan ilk olaraq qarşısına çıxan kriyeriyaya görə nəticəni təqdim edir. Bu isə digər təkrarlanan kriteriyalara yenidən baxılmasını zəruri edir. Belə bu kimi halların nəzərə alınaraq digər kriteriyaların da tapılma metodikasına nəzər salaq.
=INDEX(Xidmət_Haqqı,SMALL(IF((Müştəri_ID_si=$E2)*(ROW(INDIRECT("1:"&ROWS(Müştəri_ID_si))))<>0,(Müştəri_ID_si=$E2)*(ROW(INDIRECT("1:"&ROWS(Müştəri_ID_si))))),COUNTIF($E$2:E2,E2)),1)
Bu nəticənin alınması üçün biz əvvəlcə axtarılacaq kriteriyanı məsələn "E2"-ni "A" sütununda yerlərini müəyyən edərək sıralama sayına hasilindən mövqeləri ayrı-ayrı tapmış oluruq. Sonra isə Small() funksiyasından istifadə edərək hər aşağı sətrə düşdükcə kriteriyanın sayına uyğun olaraq birinci, ikinci və n-ci ən kiçik mövqe sayının tapılması ilə məsələni həll etmiş oluruq.
İstinad linki burada |