Formulun adi qaydada necə daxil edilməsi hamımıza məlumdur. Bəs bunu makrosla necə etmək olar? Sub Formul_Daxil_et() Range("D2").Formula = "=Average(B2:C2)" End Sub
Bu kod burada "D2"xanasına müəyyən formulu daxil edir Əgər bir deyil bir neçə sətirə bu formulu daxil etmək istəyirsinizsə onda həmin sətirlərin ünvanını Range()-də qeyd etmək lazımdır. Məsələn: Sub Formul_Daxil_et() Range("D2:D4").Formula = "=Average(B2:C2)" End Sub Göründüyü kimi burada formul D2,D3 və D4"-xanalarının hamısına daxil edilmiş olur. Nəzərə almaq lazımdır ki, əgər sətir və sütunlarda mütləqləşdirmələr aparılmayıbsa (yəni sətir və sütun adlarının qarşılarına "$" işarəsi qoyulmayıbsa) onda əlavə edəcəyiniz formul əlavə edildiyi sətir və sütunlarda fərqli formada olacaq.
|