Sub Axtarish() Cells.Find("Axrarilan soz").Select End Sub
Əgər nəzərə alsaq ki, VBA-da əlifbamızdakı bəzi hərflər tanınmır (ə,ü,ğ,ö,ı,ç,ş) və bizə isə tərkibində həmən hərflər olan sözlərin tapılması lazımdır onda biz bunu başqa yolla həll edə bilərik. Axtaracağımız sözü A1-xanasına yazaq sonra isə axtariş kriteriyası olan "soz”-ün A1-ə bərəbərliyini təyin edərək aşağıdakı ardığıllığı quraq.
Sub Axtarish2() soz= Range("A1”) Cells.Find(soz).Copy ‘Burada tapılan sözü "Copy” edirik End Sub
Burada siz A1-ə nə yazsanız "Axtarish2”-ni Run etməklə həmin o sözü tapmış olacaqsınız. Əgər A1-ə yazılmış söz başqa heç yerdə mövcud deyilsə onda A1-i tapılan kimi görəcəksiniz. Burada Find-dan əvvəl Cells yazısı bütün xanalarda axtarış ediləcəyini göstərir. Əgər müəyyən bir seçilmiş aralıqda axtarış etmək istəyirsinizsə onda "Selection.Find(soz).Copy” yazılmalıdır.